...

EYOF-da 4 güləşçimizin rəqibi müəyyənləşib

İdman Materials 21 İyul 2019 02:33 (UTC +04:00)
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürəcək
EYOF-da 4 güləşçimizin rəqibi müəyyənləşib

Bakı. Trend:

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürəcək.

Trend-in məlumatına görə, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq-da mübarizə baş tutacaq. Dünən Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

Sərbəst güləş

45 kq
A qrupu
1-ci tur - Murad Haqverdiyev - Eldar Asakayev (RUS)

55 kq
1/8 final - Əbülfəz Nəsirov - Harvey Ridinqs (GBR)

Yunan-Roma güləşi

45 kq
Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İTA)

55 kq
1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (POL)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti