...

Macarıstan gimnastı: Tamaşaçıların dəstəyi çox yaxşı idi

İdman Materials 16 Sentyabr 2019 20:53 (UTC +04:00)
Burada rəqiblər çoxdur, ona görə auditoriyanın dəstəyi çox yaxşı idi
Macarıstan gimnastı: Tamaşaçıların dəstəyi çox yaxşı idi

Bakı. Cani Babayeva - Trend:

Burada rəqiblər çoxdur, ona görə auditoriyanın dəstəyi çox yaxşı idi.

Bunu Trend-ə Macarıstan gimnastı Fanni Piqnitski deyib.

O bildirib ki, ikinci hərəkətdən sonra özünü daha inamlı hiss edib:

“Öz proqramımı daha artistik yerinə yetirdim”.

Gimnast bildirib ki, Azərbaycanda keçirilən yarışlarda ilk iştirakı deyil:

“Mən burada beşinci dəfədir ki, iştirak edirəm. Qalib gəlmək üçün əlimdən gələni etməyə çalışacağam”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti