...

Tamaşaçı: Dünya çempionatının açılış mərasimini səbirsizliklə gözləyirik

İdman Materials 16 Sentyabr 2019 18:46 (UTC +04:00)
Bədii gimnastika üzrə 37-ci dünya çempionatı maraqlı və dinamik keçir
Tamaşaçı: Dünya çempionatının açılış mərasimini səbirsizliklə gözləyirik

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı maraqlı və dinamik keçir.

Bunu Trend-ə tamaşaçı Könül Temirazova deyib.

O bildirib ki, 10 yaşlı qızını yarışlara baxmağa gətirib:

“O, bədii gimnastikanı çox sevir, ona görə də onu yarışlara baxmağa gətirməyi qərara aldım. Milli Gimnastika Arenası gözəldir, təəssüratlar möhtəşəmdir. Biz açılış mərasimini də səbirsizliklə gözləyirik. Anonsu televizorda görmüşük, sosial şəbəkələrdə oxumuşuq, bilirik ki, möhtəşəm olacaq. Ona görə də mərasimi canlı görmək istəyirik”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti