...

Baş katib: Bədii gimnastika və aerobika gimnastikası üzrə yerli yarışlar gənc idmançılara öz bacarıqlarını göstərməyə imkan verəcək

İdman Materials 10 Oktyabr 2019 16:45 (UTC +04:00)
Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışları gənc idmançılara öz bacarıqlarını göstərməyə və böyük yarış təcrübəsi yığmağa imkan verəcək.
Baş katib: Bədii gimnastika və aerobika gimnastikası üzrə yerli yarışlar gənc idmançılara öz bacarıqlarını göstərməyə imkan verəcək

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışları gənc idmançılara öz bacarıqlarını göstərməyə və böyük yarış təcrübəsi yığmağa imkan verəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

O bildirib ki, həm bədii, həm də aerobika gimnastikası üzrə yarışlar bir neçə yaş qrupunda keçəcək. Bu, kiçik yaş qruplarında liderlərin müəyyən olunmasını və böyük yaş qruplarına keçirilməsini təmin edəcək.

N.Məmmədzadə əlavə edib ki, Azərbaycanın 17 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir və Azərbaycan Gimnastika Federasiyası bu növ üzrə Bölgələr Kubokunu altıncı dəfə təşkil edir.

Qeyd edək ki, bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Çempionatın birinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.

Aerobika gimnastları oktyabrın 11-də mübarizəyə qoşulacaqlar.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı iştirak edəcək. Bakı üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti