...

Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO)

İdman Materials 20 Oktyabr 2019 23:08 (UTC +04:00)
Qadın sablyaçılarımız Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib
Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO)

Bakı. Trend:

Qadın sablyaçılarımız Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib.

Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, sablyaçılarımızdan Anna Başta turnirin qalibi adını qazanıb. Qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə başa vuran Anna 1/16 finalda tunisli Amira Ben Çaabaneni 15:11 hesabı ilə məğlub edib. Başta 1/8 finalda Özbəkistan təmsilçisi Paolo Pliegoya da eyni hesabla (15:11) qalib gəlib.Anna 1/4 finalda, qrup mərhələsini 3 qələbə ilə başa vuraraq 1/16-də Sevinc İsmayılovanı (Özbəkistan) 15:12, 1/8 finalda isə Alexandra Romero Benitezi (Venesuela) 15:11 hesabı ilə məğlub edən Səbinə Kərimova ilə qarşılaşıb.

Sablyaçılarımızın duelinin Annanın 15:12 hesablı qələbəsi ilə başa çatıb. Anna yarımfinalda Türkiyə idmançısı Nisanur Erbil üzərində 15:5 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib. Həlledici görüşdə Kanada sablyaçısı Qabriella Peycə 15:9 hesablı ilə qalib gələn Anna Başta turnirin qızıl medalını qazanıb.

Digər sablyaçılarımızdan qrup mərhələsini 5 qələbə ilə başa vuran Sevil Bünyatova 1/16 finalda türkiyəli rəqibi Busra Nura 15:7 hesabı ilə qalib gəlsə də,1/8-də özbəkistanlı Yana Obvintsevaya 9:15 hesabı ilə uduzub. Qrupu 3 qələbə ilə bitirən Valeriya Bolşakova isə 1/16 finalda sinqapurlu Colie Li Kar Yini 15:8 hesabı ilə məğlub etsə də,1/8 finalda Türkiyə təmsilçisi İrina Şçukla bacarmayıb - 10:15. Qrupda keçirdiyi görüşlərdə yalnız 1 qələbəsi olan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti