...

"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ (FOTO)

İdman Materials 22 Oktyabr 2019 17:38 (UTC +04:00)
“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandası ilə keçirəcəyi görüşə 25 min bilet satılıb.
"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandası ilə keçirəcəyi görüşə 25 min bilet satılıb.

Klubdan Trend-ə verilən məlumata görə, oktyabrın 24-də baş tutacaq oyuna hazırlıqlar davam edir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL qarşılaşmasında bayraq aksiyası təşkil ediləcək.

Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti