...

AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı

İdman Materials 25 Dekabr 2019 18:10 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin iclası keçirilib.
AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı

Bakı. Trend:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin iclası keçirilib.

AFFA-dan Trend-ə bildirilib ki, 2019-cu ilin son yığıncağında Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

“Zirə” – “Səbail” matçında 7 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə edilib.

“Sumqayıt” – “Neftçi” oyununda 4 futbolçusu xəbərdarlıq alan qonaqların da cəzası eyni olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti