...

Millimiz Şimali Makedoniya yığmasını ikinci dəfə məğlub edib

İdman Materials 27 Yanvar 2020 22:36 (UTC +04:00)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yanvarın 27-də sonuncu yoldaşlıq oyununu keçiribAzərbaycan yığması
Millimiz Şimali Makedoniya yığmasını ikinci dəfə məğlub edib

Bakı. Trend:

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yanvarın 27-də sonuncu yoldaşlıq oyununu keçirib.

Trend-in məlumatına görə, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qalib gəlib. U-19-un heyətindən Mustafa Yıldırım və Samir Abdullayev fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti