...

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna aparıcı idmançılar gələcək - Gürcü məşqçi

İdman Materials 8 Fevral 2020 17:17 (UTC +04:00)
Bakıdakı Milli Gimnastika Arenasında idmançıları turnirə hazırlamaq, xüsusilə də yarışlarda çıxış etmək üçün hər cür şərait yaradılıb.
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna aparıcı idmançılar gələcək - Gürcü məşqçi

Bakı. Cani Babayeva - Trend:

Bakıdakı Milli Gimnastika Arenasında idmançıları turnirə hazırlamaq, xüsusilə də yarışlarda çıxış etmək üçün hər cür şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu Gürcüstan batut gimnastikası üzrə komandasının məşqçisi Lüdmila Qolovina jurnalistlərə açıqlamasında deyib.

O bildirib: Gürcüstan komandası batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirakdan əvvəl təlim-məşq toplanışları üçün Bakıya gəlib. Komandaya iki idmançı daxildir - Tengiz Koşkadze və Lüba Qolovinadır. Bakıda keçirilən Dünya Kuboku bu ilin ilk startıdır. Yarışlar məsuliyyətli və vacibdir, demək olar ki, dünyanın bütün aparıcı idmançıları yarışda iştirak etmək üçün gələcəklər. Bəziləri artıq lisenziyaya sahibdir, digərləri isə Olimpiya Oyunlarında iştirak üçün ballarını dolduracaqlar. İştirak edən komandaların tərkibi yaxşıdır, yarışlar çətindir.

L.Qolovinanın sözlərinə görə, gürcü idmançılar dəfələrlə Bakıdakı Milli Gimnastika Arenasında çıxış ediblər və onlar üçün yaradılan şəraitdən həmişə razı qalıblar:

"Hər şeydən məmnunuq - yaşayış şəraiti, yemək, yerləşmək. Arena gözəldir, isti və rahatdır, bizə ehtiyacımız olan hər bir köməkliyi göstərirlər və istəklərimizi yerinə yetirirlər".

Gürcüstanlı məşqçi Azərbaycanın batut gimnastikası üzrə komandasının məşqçi heyətinin işini də yüksək qiymətləndirib:

"İdmançıların səhər erkəndən məşq etdiyini müşahidə edirik. Gözəl məşqçi heyəti və gimnastlar var. Düşünürəm ki, sizin böyük perspektivləriniz və böyük gələcəyiniz var".

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti