Bakı. Trend:
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.
Trend-in məlumatına görə, Fransanın "Lion" klubu öz meydanında İtaliyanın "Yuventus" klubunu qəbul edib. Oyun meydan sahibi komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 31-ci dəqiqədə L.Tuzar vurub.
Digər oyunda İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları İsko (60-cı dəqiqə), Q.Jesus (78-ci dəqiqə) və K. De Brüyne (83-cü dəqiqə, penalti) vurublar.