...

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri italiyalı həmkarlarını dəstəklədi (VİDEO)

İdman Materials 17 Mart 2020 17:41 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri koronavirus epidemiyasının yayılması ilə əlaqədar italiyalı həmkarlarına dəstək müraciəti yayımlayıb
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri italiyalı həmkarlarını dəstəklədi (VİDEO)

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri koronavirus epidemiyasının yayılması ilə əlaqədar italiyalı həmkarlarına dəstək müraciəti yayımlayıb.

Trend-in məlumatına görə, videoçarxın yazılmasında Siyana Vasileva, Zöhrə Ağamirova, Məryəm Səfərova, Darya Sorokina, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Narın Qurbanova iştirak edib.

Videoçarxda deyilir:

“İndi vəziyyət çox yaxşı deyil. Biz narahatıq, amma həm də ümidvarıq ki, bir-birimizə qarşı diqqətli olmaqla bunun öhdəsindən gələcəyik. Biz İtaliya sakinlərinə və gimnastlarına tam dəstəyimizi ifadə edirik, sağlamlıq və təhlükəsizlik arzulayırıq. Hər şey yaxşı olacaq, biz birik!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti