...

"Çelsi" Koutinyonu transfer etmək niyyətindədir

İdman Materials 20 Mart 2020 09:42 (UTC +04:00)
"Çelsi" Koutinyonu transfer etmək niyyətindədir

Bakı. Trend:

“Çelsi” Filippe Koutinyonu transfer etməyə hazırlaşır.

Trend-in məlumatına görə, hazırda icarə əsasında “Bavariya”da çıxış edən braziliyalı yarımmüdafiəçi böyük ehtimalla yayda “Barselona”ya qayıdacaq. İndiki məqamda münhenlilər Koutinyo üçün tələb olunan 120 milyon avronu ödəməyə hazır deyil.

“Barselona”ya qayıdacağı halda isə onun transferi premyer liqa klublarından birinə satıla bilər. Bu baxımdan, “Çelsi” katalonlara daha sərfəli təkliflə müraciət etmək fikrindədir.

Koutinyo bu mövsüm bundesliqada keçirdiyi 22 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti