...

"Real Madrid"in sabiq prezidenti koronavirusdan dünyasını dəyişib

İdman Materials 22 Mart 2020 02:07 (UTC +04:00)
"Real Madrid"in sabiq prezidenti koronavirusdan dünyasını dəyişib

Bakı. Trend:

İspaniyanın "Real Madrid" futbol klubunun sabiq prezidenti Lorenso Sanz 76 yaşında koronavirusdan dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə yerli "Marca" qazeti xəbər verib.

Lorenso Sanz 1995-2000-ci illərdə "Real Madrid"in prezidenti olub və bu müddətdə klub iki dəfə (1998, 2000) Çempionlar Liqasını qalibi adını qazanıb. O, həmçinin İspaniyanın "Malaqa" klubunun sahibi idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti