...

David Silva yayda "Valensiya"ya keçə bilər

İdman Materials 21 Aprel 2020 08:11 (UTC +04:00)
David Silva yayda "Valensiya"ya keçə bilər

Trend-i buradan izləyin

Bakı. Trend:

"Mançester Siti" klubunun yarımmüdafiəçisi David Silva yayda İspaniyanın "Valensiya" klubuna keçə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, "Valensiya" "Mançester Siti" ilə müqaviləsinin müddəti iyunun 30-u bitəcək 34 yaşlı ispaniyalını transfer etmək istəyən əsas klubdur.

Beləliklə, D.Silva İspaniya klubuna azad agent kimi keçə biləcək.

Qeyd edək ki, İngiltərə klubu D.Silvanı 2010-cu ildə "Valensiya"dan 28,75 milyon avroya tranfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti