...

"France Football" Çempionlar Liqası tarixindəki ən gözəl qolu açıqladı (VİDEO)

İdman Materials 4 May 2020 18:41 (UTC +04:00)
"France Football" Çempionlar Liqası tarixindəki ən gözəl qolu açıqladı (VİDEO)

Bakı. Trend:

"France Footbal" nəşri Çempionlar Liqası tarixindəki ən gözəl 50 qoldan ibarət reytinq hazırlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, reytinqin ilk pilləsində Zinəddin Zidanın 2002-ci ildə Çempionlar Liqasının final qarşılaşmasının 45-ci dəqiqəsində "Real"ın heyətində Almaniyanın "Bayer" klubuna vurduğu qol qərarlaşıb.

Reytinqdə ikinci yeri "Fieorentina"nın oyunçusu Mauro Bressanın 1999/00 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Barselona"ya vurduğu qol tutub.

İlk üçlüyün son pilləsində 2017/18 mövsümündə Çempionlar Liqasının 1/4 final mərhələsində Kriştiano Ronaldonun "Yuventus"a vurduğu qol qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti