...

NBA-da 16 oyunçu koronavirusa yoluxdu

İdman Materials 27 İyun 2020 12:07 (UTC +04:00)
NBA-da 16 oyunçu koronavirusa yoluxdu

Bakı. Trend:

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 16 oyunçusu koronavirusa yoluxub.

Trend-in məlumatına görə, həmin idmançıların adı açıqlanmır.

Bundan əvvəl, "Denver Naggets" klubunun basketbolçusu Nikola Yokiçin koronavirus testinin mübət nəticələndiyi məlum olmuşdu.

Qeyd edək ki, NBA matçları iyulun 30-da bərpa olunacaq. Mövsümün bütün matçları Florida ştatında keçiriləcək. Komandalar iyulun 7-də məşqləri bərpa edəcək.

Milli Basketbol Assosiasiyasının 2019-2020-cil mövsüm oyunları pandemiya ilə əlaqədar mart ayında dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti