Bakı. Trend:
Madridin "Real" klubunun oyunçusu Marselo ayağından zədələnib.
Trend-in məlumatına görə, futbolçu sol ayağının əzələsindən zədə alıb. Onun ne vaxt meydançaya qayıtması barədə məlumat verilməyib.
İspaniyanın "Marka" qazeti Marselonun tam formasina qayıtması üçün 3 həftə vaxt lazım olacağını təxmin edir. "Realın" müdafiəçisi cari mövsümda 15 matçda iştirak edib və bir qol vurub.