...

"Lion" son 10 ildə ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib

İdman Materials 16 Avqust 2020 01:47 (UTC +04:00)
"Lion" son 10 ildə ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib

Bakı. Trend:

Fransanın "Lion" futbol klubu Çempionlar Liqasının dörddəbir finalında İngiltərənin "Mançester Siti" komandasını məğlub edib.

Trend-in məlumatına görə, görüş 3:1 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində qolları Maksvell Korne (24-cü dəqiqə) və Musa Dembele (79, 87) vurub.

Uduzanlar tərəfindən qolu Kevin de Bröyne (69) vurub.

"Lion" turnirin yarımfinalında Almaniyanın "Bavariya" komandasına qarşı oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti