...

Çempionlar Liqası: "Bavariya" "Lion"u darmadağın edərək finala vəsiqə qazanıb

İdman Materials 20 Avqust 2020 01:13 (UTC +04:00)
Çempionlar Liqası: "Bavariya" "Lion"u darmadağın edərək finala vəsiqə qazanıb

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Trend-in məlumatına görə, Almaniyanın "Bavariya" klubu ilə Fransanın "Lion" klubu qarşılaşıblar. Oyun Almaniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Serj Qnabri (18-ci və 33-cü dəqiqələr) və Robert Levandovski (88-ci dəqiqə) vurublar.

Beləliklə, "Bavariya" UEFA Çempionlar Liqasının final mərhələsinə vəsiqə qazanıb. Finalda "Bavariya" Fransanın PSJ klubu ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti