...

UEFA Millətlər Liqası: Azərbaycan yığması Kipr ilə heç-heçə edib

İdman Materials 13 Oktyabr 2020 22:05 (UTC +04:00)
UEFA Millətlər Liqası: Azərbaycan yığması Kipr ilə heç-heçə edib

Bakı. Trend:

UEFA Millətlər Liqasının 4-cü turunda "C" liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması səfərdə Kipr komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, Albaniyanın Elbasan şəhər stadionunda keçirilən oyunda qol vurulmayıb. Görüş 0:0 hesabı ilə başa çatıb.

Beləliklə, bu oyundan sonra Azərbaycan millisi 4 xal qazanıb və 3-cü pillədə qalıb. İlk xalını qazanan Kipr isə sonuncudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti