AGF 2020-ci ilin yekunlarına dair hesabat yayıb (FOTO)

AGF 2020-ci ilin yekunlarına dair hesabat yayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ilin yekunlarına dair hesabat yayıb.

AGF-dən Trend-ə verilən məlumata görə, 2020-ci il bütün dünyada olduğu kimi ölkəmiz üçün də gözlənilməz hadisələrlə yadda qaldı.

AGF-nin aktiv fəaliyyəti yenidən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən yüksək qiymətləndirildi. 2019-cu ilin nəticələrinə əsasən AGF bir daha “Mükafatlandırılan Federasiyalar”ın siyahısında 1-ci oldu. Xatırladaq ki, AGF 6 il ardıcıl olaraq (2014, 2015, 2016, 2017, 2018, 2019) FIG-nin 10 ən güclü federasiyalarının siyahısında yer almış, son üç ildə isə həmin siyahıya liderlik etmişdir.

Yola saldığımız bu il gimnastika tədbirləri ilə zəngin olmağı vəd etsə də, bütün dünyanı bürümüş COVID-19 pandemiyası səbəbi ilə bir çox yarışlar ləğv edildi və ya təxirə salındı. Bütün idman ictimaiyyətinin səbirsizliklə gözlədiyi Olimpiya Oyunları belə növbəti ilə keçirildi.

Pandemiya Azərbaycan Gimnastika Federasiyasının (AGF) fəaliyyətindən də təsirsiz ötüşmədi. Belə ki, federasiyasının təşkil edəcəyi 1 beynəlxalq yarış ləğv edildi, Dünya Çempionatı da daxil 3 yarış təxirə salındı, 2 Avropa Çempionatının keçirilməsi isə Bakıdan digər ölkəyə köçürüldü.

Bütün bunlara baxmayaraq, Milli Gimnastika Arenası (MGA) ilin əvvəlində 3 yarışa ev sahibliyi etməyə nail oldu. İlk olaraq, batutçular Olimpiya Oyunlarına təsnifat xarakterli Dünya Kuboku üçün ölkə paytaxtına təşrif buyurdular. Daha sonra gənc kişi idman gimnastları MGA-da 1-ci “AGF Junior Trophy” turnirində mübarizə apardılar. Azərbaycan təmsilçiləri bu yarışda fərqlənməyi bacararaq yığma hesabına 2 gümüş və 1 bürünc medal yazdırdılar.

Bunun ardınca ölkəmizdə Olimpiadaya lisenziya xarakterli daha bir yarış – idman gimnastikası üzrə Dünya Kuboku təşkil edildi. Lakin, koronavirus xəstəliyi ilə əlaqədar Azərbaycanda qəbul edilmiş təxirəsalınmaz qabaqlayıcı tədbirlərlə bağlı bu kubokun final mərhələləri ləğv edildi. Təsnifat mərhələsində idmançıların qazandıqları xalların final nəticələri kimi qəbul olunduğu bu yarışda qadın idman gimnastımız Marina Nekrasova bürünc medal əldə etdi.

2020-ci ildə gimnastlarımız üçün ən uğurlu hadisə Ukraynada təşkil edilmiş bədii gimnastika üzrə Avropa Çempionatında iştirak oldu. Bədii gimnastlarımız bu yarışda üçqat uğura imza atdılar. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə “gümüş”ə layiq görüldülər. Bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır.

Daha bir medalı - "bürünc”ü istedadlı qrup komandamız 3 halqa və 2 cüt gürzlə final çıxışlarına görə əldə ediblər. Növbəti medal isə komanda hesabında qazanılıb. Qrup və gənc gimnastlarımızın (Nərmin Bayramova, Alina Gözəlova, İlona Zeynalova, Leyli Ağazadə) topladıqları xalların cəminə əsasən bu proqram üzrə də bürünc medal əldə olunub.

Yığma komanda üzvlərimizin çempionatda çıxışları zamanı istifadə etdikləri geyimlər isə azarkeşlər, gimnastika mütəxəssisləri, eləcə də dünya mediası daxil hər kəsin diqqətini cəlb edib və uzun müddət sosial şəbəkələrdə geniş müzakirə olunub.

Mart ayından etibarən bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da karantin rejimi elan edildi. Karantin dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı idman yarışlarının da keçirilməsi, o cümlədən idman zallarında məşqlər qadağan edildi. Lakin buna baxmayaraq karantin dövründə sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhəti gümrah saxlamaq üçün əhaliyə gündəlik idmanla məşğul olmaq, fiziki aktiv olmaq tövsiyyə olundu. AGF də bunu nəzərə alaraq bir sıra layihələr həyata keçirdi. İnsanların öz evində rahat idman etmələri üçün hər gün peşəkar məşqçilər tərəfindən səhər gimnastikası təqdim edildi və hamıya əlçatan olması üçün federasiyanın sosial şəbəkə hesablarında yayımlandı. Bundan əlavə səhər gimnastikası yerli TV kanalla əməkdaşlıq çərçivəsində televiziya vasitəsi ilə də geniş əhali kütləsinə təqdim edildi. AGF, həmçinin əhalinin gimnastika ilə düzgün şəkildə məşğul olaraq sağlam qalması üçün vaxtaşırı maarifləndirci video-çarxlar də çəkərək, sosial şəbəkə hesablarında paylaşır.

Karantində idman zalları bağlı olsa da, gimnastlarımız məşqlərini evdə davam etdirdilər. Gimnastlarımızla çalışan məşqçilər və xoreoqraflar isə daim onların məşqlərini nəzarətdə saxlayaraq, evdə məşq zamanı fiziki formalarını qorumaları üçün müntəzəm olaraq məsləhətlər verirdilər. Gimnastlar onlayn yarışlarda iştirak edərək, mükafatçılar sırasına daxil olmağı da bacarıblar.

Evdə onlayn təlimlər keçdikləri müddətdə gimnastika növlərinin nümayəndələri bir sıra maraqlı və əyləncəli onlayn müsabiqə və “challenge”lərdə iştirak ediblər, həmçinin özləri də kreativ təşəbbüslərlə çıxış ediblər.

Karantin günlərinin davam etdiyi bir dövrdə xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri də təşkil edildi. Bu cür təlimlər məşqçi və xoreoqraflarla yanaşı bədii gimnastika üzrə yığmanın gimnastları tərəfindən də keçirilib. Bu ustad dərslərindən Polşa, Slovakiya, Latviya, Hindistan, Misir, Braziliya, Monteneqro, Meksika, Argentina, Filippin və bir sıra digər ölkə təmsilçiləri faydalanıb.

Bu müddətdə həmçinin Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının çox maraqlı ilk birgə onlayn yarışması baş tutdu. “Battle” adlanan bu yarışda hər iki ölkənin Tokio-2020 Olimpiadasına lisenziya qazanmış komandaları iştirak etdi. Yarışmanın məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı bir zamanda gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı vaxt keçirərək əylənmək idi.

AGF hər zaman olduğu kimi bu il də məşqçi və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. Belə ki, ilin əvvəllərində yerli hakim və məşqçilər üçün gimnastika növləri üzrə kurslar təşkil edilib.

Bundan başqa Azərbaycanın “TeamGym” üzrə hakimləri Avropa dərəcələrini artırıblar. İyulun sonlarında keçirilmiş bu növ üzrə onlayn hakimlik imtahanlarında iştirak edən təmsilçilərimiz İnara İsrafilbəyova və Akif Kərimli 3-cü hakimlik dərəcəsinə kimi yüksəliblər.

AGF tərəfindən bu il həm də ilk dəfə “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil edildi. Gimnastika mütəxəssislərinin və bu gimnastika növü ilə tanış olmaq istəyən şəxslərin böyük marağına səbəb olmuş vebinarda iştirak üçün ümumilikdə 84 nəfər qeydiyyatdan keçdi. İştirakçılar arasında ölkənin müxtəlif şəhər və rayonları - Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan və digər bölgələrdən olan təmsilçilər yer aldı.

Yola saldığımız il bütün dünya ölkələri üçün olduğu kimi Azərbaycan üçün də fərqli bir il oldu. Qarşımıza çıxmış müəyyən məhdudiyyətlər və çətinliklərə baxmayaraq, bu ildə həm də yenilikləri sınaqdan keçirdik və yeni bacarıqlar əldə etdik. Qarşıda isə bizi mühüm gimnastika tədbirləri ilə zəngin yeni bir il gözləyir. Odur ki, növbəti ildə hər kəsə möhkəm sağlamlıq, işlərində uğurlar və bizimlə olmağı arzu edirik!

Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Bu il Formula 1 Azərbaycan Qran Prisi yeni qaydalarla keçiriləcək
Bu il Formula 1 Azərbaycan Qran Prisi yeni qaydalarla keçiriləcək
Loading Bars
Xəbər lenti
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər əsasən bununla bağlı olub
Oralarda işləmək tarix yaratmaq deməkdir - Usta ilə söhbət (FOTO)
Ötən gün ölkədə 33 yanğın olub, 25 nəfər təxliyə edilib
Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Belarusda rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib
Sabah milli parklara giriş pulsuz olacaq (FOTO)
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib
Bu il Formula 1 Azərbaycan Qran Prisi yeni qaydalarla keçiriləcək
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Binəqədidə velosiped oğruları saxlanılıb (FOTO/VİDEO)
Mədəniyyət naziri Mövlud Çavuşoğlu ilə görüşüb (ƏLAVƏ OLUNUB)
Çin iyulun sonunadək əhalinin 40 faizini peyvəndləməyi planlaşdırır
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İndi güc xanımlarda! - Rabitəbankdan xanım sahibkarlar üçün sürpriz (VİDEO)
Bütün xəbərlər