...

Olimpiya oyunlarının Tokiodan Floridaya keçirilməsi təklif olunub

İdman Materials 26 Yanvar 2021 13:57 (UTC +04:00)
Olimpiya oyunlarının Tokiodan Floridaya keçirilməsi təklif olunub

Bakı. Orxan Nəbiyev - Trend:

2021-ci ilin yayında Tokioda keçiriləcək yay Olimpiya oyunlarının ABŞ-n Florida ştatına keçirilməsi təklif olunub.

Trend-in məlumatına görə, bu barədə Florida ştatı Maliyyə İdarəsinin rəhbəri Cimmi Patronisin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa ünvanladığı məktubda deyilir.

Məktubda qeyd olunur ki, Florida ştatının inkişaf etmiş hotel infrastrukturu və nəqliyyat şəbəkəsi bu cür irimiqyaslı tədbirin qısa zamanda təşkil edilməsinə imkan verir.

Qeyd edək ki, Tokioda yay Olimpiya oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Yarışlar koronavirus pandemiyası ilə əlaqədar bu il iyulun 23-dən avqustun 8-dək baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti