...

"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi

İdman Materials 28 Yanvar 2021 02:19 (UTC +04:00)
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi

Bakı. Trend:

Futbol üzrə İspaniya kubokunun 1/8 final mərhələsinin növbəti oyununda Kataloniyanın "Barselona"sı səfərdə "Rayo Valyekano"dan güclü oldu.

Görüş Madridin "Kampo de Valyekas" stadionunda boş tribunalarla baş tutdu və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Qalib tərəfdən qolları Lionel Messi və Frenki De yonq, digər komandadan isə yeganə qolu Fran Qarsiya vurdular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti