...

Avropa Liqasının daha bir oyunu neytral meydançada keçiriləcək

İdman Materials 13 Fevral 2021 02:46 (UTC +04:00)
Avropa Liqasının daha bir oyunu neytral meydançada keçiriləcək

Bakı. Trend:

Avropa Liqasının 1/16 final mərhələsində Avstriyanın “Volfsberq” və İngiltərənin “Tottenhem” komandaları arasında ilk oyun Budapeştdə keçiriləcək. Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da olacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) mətbuat xidməti məlumat verib.

Matçın keçiriləcəyi yerin dəyişməsi koronavirus infeksiyası səbəbindən səyahətlərin məhdudiyyətləri ilə əlaqədardır. Görüş 18 fevralda baş tutacaq.

Daha əvvəl Avropa Liqasının 1/16 final mərhələsinin "Molde" - "Hoffenhaym" (Almaniya) oyunu eyni səbəbdən Norveçdən İspaniyaya köçürülüb.

İspaniyanın “Real Sosyedad” klubu ilə İngiltərənin “Mançester Yunayted” arasında eyni mərhələdəki ilk görüş İtaliyanın Turin, “Benfika” və “Arsenal”ın oyunu isə Roma və Afinada baş tutacaq.

Almaniyadan Budapeştə həmçinin Çempionlar Liqasının 1/8 finalının "Leypsiq" - "Liverpul" (İngiltərə) və "Borusia" (Mönxenqladbax) - "Mançester Siti" (İngiltərə) matçları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti