...

"Real Sosyedad" İspaniya Kubokunun qalibi oldu

İdman Materials 4 Aprel 2021 02:55 (UTC +04:00)
"Real Sosyedad" İspaniya Kubokunun qalibi oldu

Bakı. Trend:

Bu gün Sevilya şəhərinin Olimpiya stadionunda İspaniya Kubokunun final oyunu keçirilib.

Trend-in məlumatına görə, final qarşılaşmasında "Real Sosyedad" klubu "Atletik Bilbao" klubunu minimal hesabla məğlub edib - 1:0.

Oyunda yeganə qolu penalti zərbəsindən Mikel Oyarsabal vurub.

Beləliklə, "Real Sosyedad" tarixində üçüncü dəfə İspaniya Kubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti