...

Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast

İdman Materials 8 May 2021 17:53 (UTC +04:00)
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast

Bakı. Cani Babayeva - Trend:

Bakıda yarışların təşkili yüksək səviyyədədir, bizi burada mehribanlıqla qarşılayırlar.

Bunu Trend-ə Ukrayna gimnastı Viktoriya Onopriyenko deyib.

O, Azərbaycanın paytaxtına dördüncü dəfə gəldiyini bildirib: "Bakıdakı Dünya Kuboku mənim üçüncü yarışımdır, ona görə də əminliyim hər dəfə artır. Milli Gimnastika Arenasının zalı isə əlavə enerji verir. Çünki çox rahatdır".

Gimnast əlavə edib ki, burada gimnastlar üçün bütün şərait yaradılıb: "Yarışların təşkili yüksək səviyyədədir. Azərbaycan mənim fikrimdə iri yarışlarla əlaqəli canlanır. Burada dünya çempionatı, Avropa çempionatı keçirilib, buraya gələndə məsuliyyət hiss edirsən".

V.Onopriyenko əlavə edib ki, azərbaycanlı azarkeşlər hər zaman ukraynalı gimnastları dəstəkləyib: "Əlbəttə, tamaşaçılarsız çıxış etmək çətindir. Onların yoxluğu hiss olunur. Həm də Azərabycanda çox yaxşı azarkeşlik edirlər və biz ukraynalı gimnastlar bu dəstəyi hər zaman hiss etmişik".

Qeyd edək ki, Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti