...

Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)

İdman Materials 8 May 2021 16:04 (UTC +04:00)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova gürzlər və lentlə hərəkətlərdə çıxış ediblər.

Trend-in məlumatına görə, gürzlərlə hərəkətlərdə Z.Ağamirova 23.000 xal, A.Cəlilova 21.650 xal toplayıb.

Lentlə hərəkətlərdə isə Z.Ağamirova 21.275 xal, A.Cəlilova 17.550 xal toplayıb.

Bu növdə Z.Ağamirova finala çıxmağa namizədlər arasındadır. A.Cəlilova 25-ci yerdə qərarlaşıb

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta "AGF Trophy" kuboku təqdim olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti