...

Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast

İdman Materials 8 May 2021 19:39 (UTC +04:00)
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast

Trend-i buradan izləyin

Bakı. Cani Babayeva - Trend:

Bolqarıstanda və Özbəkistandakı yarışlarda Azərbaycan gimnastlarının çıxışlarını görmüşəm, onlar çox güclüdür.

Bunu Trend-ə Qazaxıstan gimnastı Alina Adilxanova deyib.

O bildirib ki, yarışlarda tək hədəfi hər şey düzgün yerinə yetirməkdir: "Yarışların ilk günündə güclü həyəcanla əlaqədar bəzi qüsurlar oldu. Bu gün proqramımı daha yaxşı təqdim etdim. Hər yarış təcrübədir, həyəcanın öhdəsindən gəlməyə dəstək olur və məşqçilərin məsləhəti də kömək edir".

Gimnast əlavə edib ki, Dünya Kubokunda ən güclü idmançılar çıxış edir: "Bütün rəqiblər layiqlidir və hər xal üçün mübarizə gedir. Əvvəlki yarışlarda azərbaycanlı gimnastları görmüşdüm, onlar çox güclüdür. Ümumiyyətlə, hər bir gimnastı rəqib hesab edirəm, amma ilk növbədə özümdən asılı olan hər şeyi yerinə yetirməyə çalışıram".

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti