...

Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)

İdman Materials 9 May 2021 16:30 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Mayın 8-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü və son günü keçirlib.

Trend-in məlumatına görə, gimnastlar çıxışları zamanı ustalıq, zəriflik və plastika nümayiş etdiriblər.

Azərbaycanın qrup komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb.

Qeyd edək ki, Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti