...

Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası

İdman Materials 9 May 2021 18:03 (UTC +04:00)
Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası

Bakı. Cani Babayeva - Trend:

Yarışlardan sonra emosiyalar müsbətdir, biz şadıq ki, Dünya Kubokunda çıxış edə bildik.

Bunu Trend-ə Bakıda keçirilmiş bədii gimnastika üzrə Dünya Kubokunda beş topla qrup hərəkətlərində bürünc medal qazanmış Azərbaycan komandasının üzvləri deyib.

Komandanın tərkibində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina yer alır.

L.Əlimuradova bildirib ki, məşqçi onların çıxışından razı qalıb: "Biz özümüzdə proqramı təqdim etməyimizdən məmnun qaldır. Amma bizim hələ çox işimiz var. Heç vaxt əldə olunanla kifayətlənmək lazım deyil. Hər yarışla biz öz reytinqimizi yüksəldirik".

Y.Luzan deyib ki, Bolqarəstandakı Dünya Kuboku ilə müqayisədə daha yüksək baza ilə çıxış ediblər: "Əlbəttə, bu, hədəf deyil və biz proqramımızı dha da çətinləşdirəcəyik. Olimpiya oyunlaerı üçün proqram dəyişməsə də, hərəkətlərin çətinliyi artırılacaq".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti