...

Azərbaycan Gimnastika Federasiyasının Baş Katibi 9-cu Dünya Yaş Qrupları Yarışları iştirakçılarına müraciət edib

İdman Materials 21 May 2021 16:34 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının Baş Katibi 9-cu Dünya Yaş Qrupları Yarışları iştirakçılarına müraciət edib

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyasının Baş Katibi Nurlana Məmmədzadə aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışları iştirakçılarına müraciət edib.

Federasiyadan Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Hörmətli yarış iştirakçıları!

Xanımlar və cənablar!

Azərbaycan Gimnastika Federasiyası adından hamınızı aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışlarında salamlayıram. Aerobika gimnastikası ailəsinin üzvlərini Bakıda görmək bizə çox xoşdur.

Aerobika gimnastikasının inkişafına ölkəmizdə 2013-cü ilin sonundan başlanmışdır. Bu qısa müddət ərzində gimnastlarımızın beynəlxalq arenada əldə etdikləri uğurlarla yanaşı, Bakıda bu gimnastika növü üzrə yarışlar da keçirilmişdir. İlk dəfə aerobika gimnastikasının ulduzları bu arenada Avropa Oyunlarının çərçivəsində çıxış etdi. 2019-cu ildə ölkəmiz aerobika gimnastikası üzrə Avropa Çempionatına ilk dəfə ev sahibliyi etdi.

Bu gün isə biz buraya Dünya Yaş Qrupları Yarışlarının keçirilməsi üçün toplaşmışıq.

Fürsətdən istifadə edib, Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi, aerobika gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti və üzvlərinə bizimlə əməkdaşlıq etdiklərinə görə təşəkkürümü bildirirəm.

Gimnastlara yarışlarda uğurlar azrulayıram! Əminəm ki, gimnastlar onlar üçün yaradılmış şəraitdən bəhrələnib gözəl çıxışlar nümayiş etdirəcəklər.

Diqqətinizə görə minnətdaram!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti