...

Tokio-2020: Azərbaycan komandası beş top ilə hərəkətləri təqdim edib

İdman Materials 7 Avqust 2021 06:32 (UTC +04:00)
Tokio-2020: Azərbaycan komandası beş top ilə hərəkətləri təqdim edib

Bakı. Cani Babayeva - Trend:

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində çoxnövçülük proqramında qrup hərəkətlərində bədii gimnastika üzrə təsnifat mərhələsi keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanı yarışda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədovadan ibarət komanda təmsil edir.

Komanda təsnifat mərhələsindəki çıxışına beş topla kompozisiya ilə başlayıb. Komanda bu hərəkətlər üçün 36,700 xal alıb. Hazırda Azərbaycan komandası 10 -cu aralıq pillədə qərarlaşıb.

Qeyd edək ki, yarışda 14 komanda iştirak edir. Təsnifat nəticələrinə əsasən, ən yaxşı nəticə göstərən 8 komanda çoxnövçülük proqramı üzrə qrup hərəkətlərində finala yüksələcək.

Komandamız 2019-cu ildə Azərbaycanda təşkil edilən bədii gimnastika üzrə Dünya Çempionatında 2020 Tokio Olimpiadasına lisenziya qazandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti