...

Tokio 2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq

İdman Materials 7 Avqust 2021 14:00 (UTC +04:00)
Tokio 2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Tokio 2020 Yay Olimpiya Oyunlarında azərbaycanlı güləşçi Şərif Şərifov sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində təsəlliverici görüş keçirib.

Trend-in məlumatına görə, güləşçimiz gürcüstanlı rəqibi Elizbar Odikadzeni 7-5 hesabı ilə üstələyib.

Qeyd edək ki, Ş.Şərifov bürünc medal uğrunda matçda kubalı Reyneri Salas Pereslə qarşılaşacaq.

Bu gün eyni zamanda 65 kiloqram çəki dərəcəsində Hacı Əliyev final matçına, qadınlar arasında 50 kiloqram çəki dərəcəsində Mariya Stadnik bürünc medal uğrunda mübarizəyə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti