...

“SFA Federasiyası Kuboku 2021” yarışı başlayıb (FOTO)

İdman Materials 10 Sentyabr 2021 20:13 (UTC +04:00)
“SFA Federasiyası Kuboku 2021” yarışı başlayıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 10-da Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başlayıb.

Trend xəbər verir ki, turnirin ilk günündə açıq dənizə çıxan yelkənçilər "Optimist”, "Ilca-4.”, "Ilca-7”, "Open Windsurf” sinifləri üzrə yarışıblar. 32 yelkənçinin iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib.

3 gün davam edəcək yarışlarda iştirakçı sayında məhdudiyyət olmayacaq.

Qeyd edək ki, Kubokun mükafatlandırılma mərasimi sentyabr ayının 12-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti