...

"Barselona" Çempionlar Liqasında böyük hesabla məğlub oldu

İdman Materials 30 Sentyabr 2021 01:08 (UTC +04:00)
"Barselona" Çempionlar Liqasında böyük hesabla məğlub oldu

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın "Benfika" klubu İspaniyanın "Barselona" klubunu qəbul edib.

Trend-in məlumatına görə, Lissabonda keçirilən qarşılaşmada meydan saihbləri 3:0 hesablı qələbə qazanıblar.

Oyunda qolları D.Nunyes (3-cü və 79-cu dəqiqələr) və R.Silva (69-cu dəqiqə) vurublar.

E qrupunun digər matçında Almaniyanın "Bavariya" klubu öz meydanında ukraynanın "Dinamo Kiyev" klubunu darmadağın edib - 5:0.

Qolları R.Levandovski (12-ci və 27-ci dəqiqələr), S.Qnabri (68), L.Sane (74) və M.Şupo-Motin (87) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti