...

Kriştiano Ronaldo bir matçda üç rekordu qırıb

İdman Materials 10 Oktyabr 2021 04:22 (UTC +04:00)
Kriştiano Ronaldo bir matçda üç rekordu qırıb

Bakı. Trend:

"Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştiano Ronaldo Portuqaliya və Qətər milliləri arasında keçirilən yoldaşlıq oyunu zamanı eyni anda üç rekordu qırıb.

Trend-in məlumatına görə, 36 yaşlı hücumçu yığmanın heyətində 181-ci oyuna çıxıb. Bu, Avropa oyunçuları üçün tarixdə ən yaxşı nəticədir. O, Qətərlə matçda meydana girərək ispaniyalı Serxio Ramosu keçib.

37 -ci dəqiqədə K.Ronaldo qol vurdu. Vurduğu top hücumçu üçün milli komandalar səviyyəsindəki 112 -ci qol oldu. Belə ki, o, milli komandada vurduğu qol sayı üzrə göstəricisini yaxşılaşdırıb. Bundan başqa K.Ronaldo karyerasında 46 -cı milli komandaya qarşı oyunda fərqlənib - bu həm də dünya rekordudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti