...

İspaniya La Liqası: "Barselona" "Valensiya"ya qalib gəldi

İdman Materials 18 Oktyabr 2021 05:00 (UTC +04:00)
İspaniya La Liqası: "Barselona" "Valensiya"ya qalib gəldi

Bakı. Trend:

Futbol üzrə İspaniya La Liqasının 8-ci turu çərçivəsində "Barselona" öz meydanın "Valensiya"nı qəbul edib.

Trend-in məlumatına görə, "Kamp Nou"da keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Barselona"nın heyətində qolları Ansu Fati (13-cü dəqiqə), Memfis Depay (41, penalti) və Filippe Koutinyo (85) vurublar, "Valensiya"nın yeganə qolunu isə 5-ci dəqiqədə Xose Qaya vurub.

Qeyd edək ki, oktyabrın 24-ü növbəti tur çərçivəsində "Barselona" öz meydanın "Real"ı, "Valensiya" isə oktyabrın 23-ü "Malyorka"nı qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti