...

Zidan "Qızıl top" üçün öz favoritini açıqladı

İdman Materials 18 Oktyabr 2021 07:49 (UTC +04:00)
Zidan "Qızıl top" üçün öz favoritini açıqladı

Bakı. Trend:

Madrid "Real"ının keçmiş baş məşqçisi Zinəddin Zidan "Qızıl top" üçün səsvermədə öz favoritini açıqlayıb.

Trend-in məlumatına görə, Z.Zidan "Qızıl top"un "Real"ın fransalı hücumçusu Kərim Benzemaya verilməli olduğunu bildirib:

"Mən "Qızıl Top"u K.Benzemaya verərdim. İndi o, oyununun zirvəsindədir. Onu məşq elətdirmək şərəfinə sahib olmuşam. Meydanda istədiyini edə bilər. O, bu mükafata layiqdir".

Xatırladaq ki, daha əvvəl "France Football" ilin ən yaxşı oyunçusu mükafatına 30 namizədin siyahısını dərc edib. Mükafat ilin ən yaxşı oyunçusuna dekabr ayında təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti