...

"Barselona" 19 ildən sonra ilk dəfə bu kluba məğlub oldu

İdman Materials 28 Oktyabr 2021 01:18 (UTC +04:00)

Bakı. Trend:

"Barselona" futbol klubu İspaniya çempionatının 11-ci turu çərçivəsində səfərdə "Rayo Valyekano"ya 0:1 hesabı ilə məğlub olub.

Trend-in məlumatına görə, görüş Madriddə "Kampo-de-Valyekas" stadionunda keçirilib.

Qolu 30-cu dəqiqədə Radamel Falkao vurub. 72-ci dəqiqədə “Barselona”nın hücumçusu Memfis Depay penaltını yerinə yetirə bilməyib.

Kataloniyalılar 10 görüşdən sonra aktivində 15 xalla çempionat cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Rayo Valyekano” 19 xalla beşinci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti