...

Çempionlar Liqası: "Bavariya" "pley-off" mərhələsinə vəsiqə qazandı

İdman Materials 3 Noyabr 2021 02:04 (UTC +04:00)
Çempionlar Liqası: "Bavariya" "pley-off" mərhələsinə vəsiqə qazandı

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Bavariya" klubu Portuqaliyanın "Zenit" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahibi komandasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bavariya"nın heyətində qolları Robert Levandovski (26, 61, 84-cü dəqiqələr), Serj Qnabri (31) və Leroy Sane, qonaqların heyətində isə Morato (38 və Darvin Nunyes (74) vurublar.

Bu qələbə sayəsində xallarının sayını 12-yə çatdıran "Bavariya" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.

E qrupunun digər matçında İspaniyanın "Barselona" klubu səfərdə Ukraynanın "Dinamo" klubunu minimal hesabla məğlub edib - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti