...

Avropa çempionatında qadın şahmatçılarımız İtaliya yığmasını məğlub ediblər

İdman Materials 18 Noyabr 2021 23:56 (UTC +04:00)
Avropa çempionatında qadın şahmatçılarımız İtaliya yığmasını məğlub ediblər

Bakı. Trend:

Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının altıncı turunda qadınlardan ibarət komandamız daha bir qələbə qazanıb.

Trend xəbər verir ki, təmsilçilərimizdən Ülviyyə Fətəliyeva Daniela Movilyanuyaya qalib gəlib, Xanım Balacayeva Tea Queçi, Günay Məmmədzadə Marina Brunello, Gülnar Məmmədova isə Olqa Zimina ilə bərabər oyun nümayiş etdiriblər.

Beləliklə, İtaliya yığması ilə qarşılaşmada komandamız 2,5:1,5 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 6-cı turda kişilərdən ibarət komandamızın Ermənistan yığması ilə qarşılaşması heç-heçə ilə başa çatıb.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti