...

Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb

İdman Materials 27 Noyabr 2021 15:20 (UTC +04:00)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb

Bakı. Cani Babayeva - Trend:

Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 17-21 yaş qrupunda qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə Azərbaycan gimnastı Selcan Maqsudova finala çıxıb.

Trend-in məlumatına görə, o, 97.460 xal yığaraq təsnifat mərhələsində ikinci olub.

Finala, həmçinin Aleksandra Bonartseva (Rusiya, 99.035 xal), Yuka Misava (Yaponiya, 97.325 xal), Meri Qolota (Rusiya, 95.980 xal), Qabriela Şter (Almaniya, 95.535 xal), Kristin Frey Luka (Almaniya, 94.310 xal), Erika Sans (İspaniya, 94.305 xal) və Smilla Censen (Danimarka, 94.055 xal) vəsiqə qazanıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti