...

Bakıda tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarının kişilər arasında finalçıları müəyyənləşib

İdman Materials 27 Noyabr 2021 15:24 (UTC +04:00)
Bakıda tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarının kişilər arasında finalçıları müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarında kişilər arasında tamblinq proqramında 11-12 yaş qrupu üzrə finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, finala Aleksey Romanov (Rusiya, 62,600 xal), İslam Kabdollov (Qazaxıstan, 60,200 xal), Loran Lommaert (Belçika, 59,900 xal), Nikolay Volkov (Rusiya, 59,700 xal), Şahar Lazarovits (İsrail 5630 xal), Vuyisile Corc (Cənubi Afrika, 55,900 xal), Arie Mazur (İsrail, 54,500 xal) və Dioqo Duarte (Portuqaliya, 51,400 xal) çıxıblar.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti