Bakı. Trend:
İspaniyanın "Atletiko" (Madrid) klubunun hücumçusu Luis Suares Çempionlar Liqasında "Porto" ilə oyunda ciddi zədə almayıb.
Trend-in məlumatına görə, bu barədə klubun "Twitter" səhifəsində bildirilir.
Bildirilir ki, reabilitasiyanın gedişatı onun gələn bazar günü derbidə iştirak edə bilib-bilməyəcəyini müəyyən edəcək.
Xatırladaq ki, uruqvaylı futbolçu oyunun əvvəlində meydanı tərk edib və ötən gün keçirilən məşqlırı qatılmayıb.