...

Ispaniya çenpionatı: "Real" "Valensiyanı" darmadağın edib, Benzema "Realda" 300-cü qolunu vurub

İdman Materials 9 Yanvar 2022 04:48 (UTC +04:00)
Ispaniya çenpionatı: "Real" "Valensiyanı" darmadağın edib, Benzema "Realda" 300-cü qolunu vurub

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının 20-ci turu çərçivəsində "Real" doğma meydanda "Valensiya"ya 4:1 hesabı ilə qalib gəlib.

Trend xəbər verir ki, Madrid klubunun heyətində Kərim Benzema (43-cü dəqiqədə penaltidən və 88-ci dəqiqədə) və Vinisius Junior (52, 61) fərqləniblər. Qonaqlardan Qonçalo Gedes 76-cı dəqiqədə rəqib qapısına yol tapıb. Onun penalti cəhdi alınmasada, qayıdan topu qapı xəttindən keçirə bilib.

Benzema "Real"-ın heyətində 300-cü qolunu vurub, ümumilikdə fransalı hücumçu komandada 584 oyun keçirib.

İspaniya çempionatının turnir cədvəlinə 21 matçda 49 xalla "Real Madrid" başçılıq edir. "Valensiya" 20 görüşdə 28 xalla 9-cu yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti