...

"Qarabağ", "Sabah" və "Sumqayıt" da Antalyaya getdi

İdman Materials 12 Yanvar 2022 11:34 (UTC +04:00)
"Qarabağ", "Sabah" və "Sumqayıt" da Antalyaya getdi

Trend-i buradan izləyin

Bakı. Trend:

“Sumqayıt” çempionatın ikinci yarısına hazırlıq məqsədi ilə bu gün Türkiyənin Antalya şəhərinə yola düşüb.

Trend-in məlumatına görə, komanda Antalyada 16, 19 və 22 yanvar tarixlərində 3 yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi hələ dəqiqləşməyib.

“Sumqayıt”la yanaşı, Premyer Liqa klublarımızdan daha ikisi bu gün Türkiyəyə yollanıb. Söhbət “Qarabağ” və “Sabah”dan gedir. Bu iki komanda Antalya şəhərinə eyni təyyarədə yola düşüb. Bakı-Antalya hava reysi ilə səfərə çıxan komandaların təlim-məşq toplanışları da eyni gündə – yanvarın 26-da başa çatacaq.

Xatırladaq ki, Premyer Liqa təmsilçilərindən “Zirə” və “Neftçi” daha öncə Antalyaya yollanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti