...

La Liqa: "Barselona" "Valensiya"nı darmadağın edib

İdman Materials 20 Fevral 2022 22:13 (UTC +04:00)
La Liqa: "Barselona" "Valensiya"nı darmadağın edib

Bakı. Trend:

Futbol üzrə İspaniya La Liqasının 25-ci turu çərçivəsində "Valensiya" "Barselona"nı qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Barselona"nın heyətində qolları P.Obameyanq (23 və 38-ci dəqiqələr), F.De Yonq (32) və Pedri (63) vurublar, meydan sahibinin isə yeganə qolunu 52-ci dəqiqədə K.Soler vurub.

25 turdan sonra 42 xal toplayan "Barselona" (24 oyun keçirib) turnir cədvəlində dördüncü yerdə, "Valensiya" isə 30 xalla 12-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti