Bakı. Cani Babayeva - Trend:
Azərbaycan idmançıları akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.
"Bu gün Azərbaycanda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının açılışı baş tutub. Bu yarışlarda 24 ölkədən 438 gimnast iştirak edəcək. Onlar 12-18 və 13-19 yaş qruplarında çıxış edəcək. Azərbaycan komandası yarışlarda 12 idmançı ilə təmsil olunur. Gimnastlarımız yarışlara çox ciddi hazırlaşıb", - deyə o bildirib.
Baş katib azərbaycanlı gimnastların yarışlarda layiqli çıxış edəcəyinə və mükfataçılar sırasında yer alacaqlarına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.
(Tərcümə: Orxan Nəbiyev)