...

Bakıda akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının birinci günündən gözəl anlar (FOTO)

İdman Materials 3 Mart 2022 16:29 (UTC +04:00)
Bakıda akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının birinci günündən gözəl anlar (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının birinci günü davam edir.

Trend-in məlumatına görə, çıxış edən gimnastlar yüksək hazırlıq səviyyəsini və ginmnastika elementlərinin gözəlliyini nümayiş etdirir.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti