...

İspaniya Kubokunun ikinci finalçısı da bəlli olub

İdman Materials 4 Mart 2022 08:41 (UTC +04:00)
İspaniya Kubokunun ikinci finalçısı da bəlli olub

Bakı. Trend:

Futbol üzrə İspaniya Kubokunun ikinci yarımfinalında "Betis" öz meydanın "Rayo Valyekano" ilə 1:1 hesablı heç-heçə edib.

Trend-in məlumatına görə, birinci oyunda səfərdə 2:1 hesablı qələbə qazanan "Betis" ümumi hesaba (3:2) görə finala yüksəlib.

Qeyd edək ki, finalda "Betis" "Valensiya" ilə qarşılaşacaq. Oyun aprelin 23-ü Sevilyada keçiriləcək.

Xatırladaq ki, "Valensiya" iki oyunun yekunları üzrə (1:1 və 1:0) "Atletik" klubunu məğlub edərək finala yüksəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti